son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Super Liqa klubu baş məşqçiyə cəmi 18 gün şans verdi

Bölmə adı Türkiyə
Yayımlandı 6-03-2026, 18:47

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Levent Şahin ilə yollarını ayırıb.


Sport1.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Maraqlıdır ki, Levent Şahin fevral ayının 16-da kluba baş məşqçi təyin edilmişdi. Yəni onun işi cəmi 18 gün çəkib. Bu müddətdə komanda Super Liqada iki oyun keçirib, 1 dəfə məğlub olub, 1 görüşdə isə heç-heçə edib. Ötən gecə isə "Gənclərbirliyi" aşağı liqa təmsilçisi "Aliağa"ya 3:1 hesabı ilə qalib gələrək Türkiyə kubokunda pley-offa yüksəlib.


Levent Şahin bu mövsüm "Gənclərbirliyi"nin yollarını ayırdığı 4-cü baş məşqçidir. Mövsümə komandanı Super Liqaya yüksəldən Hüseyn Eroğlu ilə başlayan klub daha sonra onunla yollarını ayıraraq Volkan Demirellə anlaşıb. Volkan Demirelin istefasında sonra isə Metin Diyadin baş məşqçi edilmişdi.


Qeyd edək ki, “Gənclərbirliyi” hazırda Super Liqada 24 xalla 13-cü sıradadır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR