son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Avropa Çempionatında 26 güləşçimiz iştirak edəcək

Bölmə adı Güləş
Yayımlandı 6-03-2026, 13:49

Serbiyanın Zrenyanin şəhərində keçiriləcək güləş üzrə U-23 Avropa Çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.


Sport1.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, martın 9-dan 15-dək keçiriləcək ilin ilk qitə birinciliyində ölkəmiz hər üç növdə təmsil olunacaq.


Yarışın açılışını sərbəst güləşçilər edəcəklər. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) xalçaya çıxacaqlar.


Qadın güləşçilərin mübarizəsində baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi ilə Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) qüvvələrini sınayacaqlar.


Çempionatın son günlərində yunan-Roma güləşçiləri yarışacaqlar. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Sabah Şəriəti və Rəsul Cəzininin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Ayxan Cavadov (60 kq), İlkin Qurbanov (63 kq), Fərid Xəlilov (67 kq), Fəraim Mustafayev (72 kq), Rəvan Nuriyev (77 kq), Elmin Əliyev (82 kq), Səid Axundzadə (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdənov (130 kq) uğur uğrunda mübarizə aparacaqlar.


Qeyd edək ki, Avropa çempionatında ölkəmizi hakim qismində I dərəcəli referilər Vüqar Şükürov və Kamran Əliyev təmsil edəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR