"Sabah" Azərbaycanda bunu bacaran 15-ci komandadır

Bölmə adı Kubok
Yayımlandı 6-03-2026, 12:16

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyununda (3:3, pen. 4:2) vurulan ilk qol “Sabah” üçün yubiley xarakteri daşıyıb.


Sport1.az xəbər verir ki, Bakı klubu turnirdə 25-ci səfər qoluna sevinib. Bu topu rəqib qapısından Timoteuş Puxaç keçirib.


Paytaxt təmsilçisi buna 13-cü matçında nail olub. “Sabah” ölkə kubokuna rəqib meydanlarında 25 və ya daha çox qol vuran 15-ci komandadır.


Qol sayını 27-yə çatdıran “Sabah”ın orta məhsuldarlığı 2,07-yə bərabərdir. Bu, ən azı 3 səfər oyununa çıxan komandalar arasında ən yüksək göstəricidir. 


Qeyd edək ki, “Sabah” kubokdakı ilk səfər qolunu 2018/19 mövsümündə 1/8 finalın “Ağsu” ilə qarşılaşmasında vurub – 3:0.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR