son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Kaxaber Sxadadze: "Əsas məqsədimiz Premyer Liqada qalmaqdır" - MÜSAHİBƏ

Bölmə adı Kubok
Yayımlandı 5-03-2026, 22:58

"Qəbələ" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.


Sport1.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Çox maraqlı oyun oldu. Çoxlu qol epizodları və qollar oldu. "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularım xarakter və oyun olaraq əllərindən gələni etdilər. Çempionatda bu cür oyunlara ehtiyacımız var. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıdakı çempionat oyununda da "Sabah"la qarşılaşacağıq".


- Rza Cəfərov niyə oynamadı?

- Səlahət Ağayevin oyunu son iki dəfə yaxşı alınmışdı. Ona görə ona şans verdik. Onun oyunundan razı qaldım.


- Nəzərə alsaq ki, penaltilərdə "Qəbələ" bu mövsüm elə də ürəkaçan təsir bağışlamır. Penaltilər seriyasına gedəndə nə düşündüz?

- Düzünü desəm, düşündüm ki artıq qələbə qazanmışıq. Güman edirdim ki, penaltilər seriyasında yaxşı çıxış edəcəyik. Son iki çempionat oyununu nəzərə alsaq, bu oyunda belə gözləmirdim. penaltilər məsələsi psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur, bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Biz futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir. 


- Ba Lua haqqında düşüncələriniz?

- Ba Lua çox vacib oyunçudur. Əlbəttə ki, qış hazırlıq toplanışında bizlə birlikdə olsaydı, daha hazır olardı. Qırmızı vərəqə epizoduna gəldikdə isə, epizodu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Həm də istərdim araşdırsınlar. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. Daha bir məqamda Akinadenin üzünə zərbə oldu. Şəxsi düşüncəmə görə həmin epizodda qırmızı vərəqə var idi. Bu da araşdırmalıdır.


- Yəqin ki, bu gecə yata bilməyəcəksiniz və yaxud gec yatacaqsınız. Bu xoşbəxtlikdən olacaq, yoxsa məyusluqdan?

- Futbolçu vaxtlarımda da, indi də oyunlardan sonra yata bilmirəm. (gülür). Bu adrenalindir. İstərdim ki, başa düşəsiz ki, məğlub olmaq olar. Amma bu cür oyun, xarakter göstərmək asan deyil. 

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR