son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Ən az legioner bizdədir" - Azər Bağırov

Bölmə adı Kubok
Yayımlandı 5-03-2026, 17:56

Azərbaycan Kubokunun 1/4 finalının cavab matçında "Kəpəz" "Turan Tovuz"a uduzdu - 0:2.


Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edərək jurnalistlərin suallarını cavablandırdı:


"Azarkeşlərimizə təşəkkür edirəm. Neçə vaxtdır təhlil etdiyimiz standart vəziyyətlərdən iki qol buraxmağımız adamı məyus edir. Qarşıda "Turan Tovuz"la çempionat matçı var. Ona hazırlaşacağıq. Azarkeşlərimizin qarşısında ən yaxşı oyunlarımızdan birini oynayacağıq. Standart vəziyyətlərlə bağlı iş daha çox qapıçının, qapıçı məşqçisin üzərinə düşür. Belə hallarda nəyisə demək çətindir".

- Ryonosuke Ohorinin zədəsi ciddidir?

- Həkimlər çox ciddi olduğunu demədilər. Tibbi müayinədən sonra daha dəqiq bilinəcək. Ayağında buraxılma oldu.


- Komandanın fiziki hazırlığında problem yoxdur?

- Xeyr. Heç bir problem yoxdur. Komandamızdə əzələ zədəsi yoxdur. Banın çiynində köhnə xroniki problem var. Buna görə onu start heyətində oynatmadıq.


- Kubokda mübarizəni dayandırdız, çempionatda komanda demek olar ki, hədəfə çatıb, yeni aşağı liqaya düşmək təhlükəsi yoxdur. Azarkeşlər iddiasız "Kəpəz" görmək istəmir. Növbəti mövsümdə artıq Gəncədə oynayacaqsız. Təzyiq altında oynamaq necə təsir göstərəcək?

- Komandanı sıfırdan mən yığmamışdım. Bu gün çempionatda ən az legioner bizdədir. Bir neçə oyunçumuz heç nədən çıxıb getdi. Bunun komandaya böyük zərbəsi dəydi. Uşaqlar hər oyunda döyüşürlər. Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik.


- Sizə yeni müqavilə təklif olunub?

- Hər şey may ayında bəlli olacaq. Komandanı sıfırdan yığsam, Gəncədə oynamaq mənim üçün asan olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR