son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Kubokda hədəfimiz böyükdür" - Ruslan Abışov

Bölmə adı Kubok
Yayımlandı 5-03-2026, 16:49

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Turan Tovuz" səfərdə "Kəpəz"i məğlub etdi - 2:0.


Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların məşqçisi Ruslan Abışov mətbuat konfransında iştirak edərək jurnalistlərin suallarını cavablandırdı:


"Birinci oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Matça ciddi hazırlaşmışdıq. Erkən qol komandada bir az arxayınlıq yaratdı. Bu da oyuna təsirini göstərirdi. İkinci hissənin əvvəlində vurduğumuz qoldan sonra ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda epizodlar yaradıb daha çox qol vura bilərdik. Artıq bu matçı unudub çempionat oyununa hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik".


- Kurban Berdiyev bu gün cəzalı durumda idi. Tribunadan hansı göstərişləri verirdi?

- Baş məşqçimiz yuxarıdan daha yaxşı görürdü. Göstərişlərini verirdi. Biz də onun dediklərini futbolçulara çatdırmağa çalışırdıq. Əsas odur ki, yarımfinala vəsiqə qazandıq.


- Yarımfinalda rəqibiniz "Qarabağ" və ya "Sabah" olmayacaq. Bu amil finala çıxmaq şansını artırır?

- Bizim üçün kubok çox vacibdir. Düzdür, qarşıda bizi "Zirə" ilə çətin oyunlar gözləyir. Onlar da kuboka iddialıdır. Məqsədimiz finala çıxmaq və kuboku qazanmaqdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR