
Quba sakini Cəmil Əliyev müvafiq qaydalara uyğun təşkil olunan xüsusi test zamanı 10 saat fasiləsiz üzərək ölkədə yeni statistik rekord müəyyənləşdirib.
Sport1.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasından (ASF) məlumat verilib.
Rekord Gənclər və İdman Nazirliyinin dəstəyi ilə rəsmiləşdirilib.
Cəmil Əliyevə ASF tərəfindən müvafiq sertifikat təqdim olunub.