son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

"Öz gücümə inanıram" - Çempion güləşçimiz

Bölmə adı Güləş
Yayımlandı 3-03-2026, 14:51

Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində Nihat Məmmədli (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.


Sport1.az xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandanın üzvü yarış və gələcək hədəfləri ilə bağlı federasiyanın mətbuat xidmətinə fikirlərini bölüşüb:


“Yarışa çox yaxşı hazırlaşmışdıq. Çəkisalma prosesi rahat keçdi. Uzun müddət yarışlarda iştirak etmirdim deyə çəkisalmada problem yaşamadım. Ona görə də yarış vaxtı özümü çox yaxşı hiss edirdim. Güclü rəqiblər var idi. Amma görünür, mən daha hazırlıqlı idim. Bütün rəqiblərimə qalib gələrək çempion oldum. Nihadla uzun illərdir ki, bir yerdə məşq edirik. Görüşün başa-baş mübarizə şəraitində keçəcəyini bilirdim. Çünki bir-birimizi çox yaxşı tanıyırıq. Belə vəziyyətdə fərqli nəsə etmək çətin olur.


Qarşıdan Avropa Çempionatı gəlir. Hədəf bəllidir: çempion olmaq. Bu yarışdakı titul AÇ öncəsi böyük stimul oldu. Öz gücümə inanıram. İnşallah, 3 qat Avropa çempionu olaram. Titulu qorumaq üçün əlimdən gələni edəcəm.


Ötən il qabırğam sındı, gözlərimdə problem yarandı. Şükürlər olsun, indi tam hazıram. Heç bir zədəm, ağrım yoxdur. Avropa Çempionatından sonra hədəfim indiyə qədər 60 kq-da medal qazana bilmədiyim Dünya Çempionatında uğur qazanmaq olacaq”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR