
Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Avropa Çempionatında iştirak edəcək ölkələr bəlli olub.
Sport1.az xəbər verir ki, məlumatı Azərbaycan Qış İdman Növləri Federasiyası yayıb.
Yarışda 18 ölkə mübarizə aparacaq. Bunlar Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra, İsveç, AİN-dir (Neytral Statuslu İdmançılar).
Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunacaq yarış martın 4-dən 8-dək davam edəcək.