
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.
Sport1.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında Dünya Çempionatının seçmə mərhələsinin Kosovo - Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının ikinci qrupunun Birinci turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.