son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

"Çox qürurluyam" - Çempion güləşçi

Bölmə adı Güləş
Yayımlandı 2-03-2026, 14:20

Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirində çıxış edən Ziya Babaşov (63 kq) çempion oldu.


Sport1.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə milli komandanın üzvü reytinq xarakterli yarışdakı çıxışını belə şərh edib:


“Hər kəsi salamlayıram. Mənə dua edən və dəstək olan hər kəsə minnətdaram. Yarış yüksək səviyyədə və güclü rəqabət şəraitində keçdi. İddialı rəqiblər çox idi. Bu, mənim üçün ən önəmli yarışlardan biri idi.


Finala qədər yaxşı görüşlər keçirdim. Finalda komanda yoldaşımla qarşılaşdım. Biz Sakit Quliyevlə dost və komanda yoldaşı olsaq da, xalça üzərində hər birimiz qələbə uğrunda əlimizdən gələni edirik. Ümid edirəm ki, finala layiq bir görüş nümayiş etdirə bildik.

Bu qələbənin arxasında çox insan – məşqçilər korpusu və komandamız dayanır. Bu uğur onların da əməyinin nəticəsidir. Reytinq turnirində ilk medalımdır. Buna görə çox qürurluyam. İnanıram ki, uğurlarımız davamlı olacaq”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR