son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Messi Ağ Evdə Trampla görüşəcək

Bölmə adı Digər
Yayımlandı 28-02-2026, 12:53

“İnter Mayami” MLS pley-offunun qalibi olduqdan sonra ABŞ prezidenti Donald Tramp ilə rəsmi görüşə hazırlaşır.


Sport1.az  xəbər verir ki, bu haqda “The Athletic” məlumat yayıb. Bildirilib ki, görüşün gələn həftə keçirilməsi planlaşdırılır. Bu səfər baş tutacağı halda komandanın hücumçusu Lionel Messi üçün həm Ağ Evə ilk səfər, həm də Trampla ilk görüş olacaq.


Messinin nümayəndəsi argentinalı futbolçunun komanda ilə birlikdə görüşə qatılıb-qatılmayacağını təsdiqləməyib. Bununla belə, səfərin martın 7-də keçiriləcək “Di Si Yunayted”lə matçdan əvvəl baş tutmasının planlaşdırıldığı bildirilib.


Qeyd olunur ki, Messi “Ağ Ev”ə yollanacağı halda bu, onun “İnter Mayami”nin futbolçusu kimi ilk rəsmi səfəri olacaq. Səkkizqat “Qızıl top” mükafatçısı 2025-ci ilin yanvarında sabiq ABŞ prezidenti Co Bayden tərəfindən Prezident Azadlıq medalı almaq üçün dəvət edilsə də, mərasimdə iştirak edə bilməmişdi.


Xatırladaq ki, 2025-ci ilin noyabrında “İnter Mayami” finalda “Vankuver Uaytkaps”ı məğlub edərək MLS Kubokunu qazanıb. Bu, klubun 2020-ci ildə liqaya qoşulduqdan sonra ilk çempionluğu olub. Messi isə ABŞ təmsilçisinə 2023-cü ilin yayında transfer olunub.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR