son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Azərbaycanın 3 qılıncoynadanı ilk səkkizlikdə

Bölmə adı Digər
Yayımlandı 27-02-2026, 21:49

Azərbaycan qılıncoynadanları Gürcüstanın paytaxtı Tiflisidə keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində çıxış ediblər.


Sport1.az xəbər verir ki, təmsilçilərimizdən Abbas Hüseynov, Zərifə Hüseynova və Vahab Fətullayev bürünc medalın bir addımlığında mübarizəni dayandırıblar.


Abbas Hüseynov qılıncoynatmanın sablya növündə yeniyetmə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləyərək 80 iştirakçı arasında turniri 6-cı sırada bitirib.


Zərifə Hüseynova isə gənc sablyaçı qızların şəxsi yarışında ən güclü səkkizlikdə mübarizəni başa vuraraq ümumi sıralamada 72 iştirakçı arasında 7-ci olub.


126 gənc şpaqaçı oğlanların mübarizə apardığı şəxsi yarışda Vahab Fətullayev yekun cədvəldə 7-ci yerdə qərarlaşıb.


Abbas Hüseynov, Timur Husnaddinov, Rəsul Əliyev və Nahid Məmmədlidən ibarət millimiz sablya üzrə gənclərin yarışında 11-ci olub.


Zərifə Hüseynova, Alla Həsənova, Leyla Əhmədova və Fərəh Abasova isə sablya üzrə gənc qızların komanda yarışını 14-cü sırada tamamlayıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR