son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Rusiyada 9 futbol hakiminə cinayət işi açıldı

Bölmə adı Digər
Yayımlandı 27-02-2026, 10:54

Rusiyada doqquz futbol hakimi barəsində cinayət işi açılıb.

Sport1.az xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin İstintaq Departamenti Premyer Liqa və Birinci liqa oyunlarının nəticələrinə təsir göstərmək müqabilində qanunsuz mükafat alma faktları ilə bağlı araşdırma aparır.

Mənbənin məlumatına görə, Rusiya Premyer Liqasının hakimləri Yeqor Yeqorov, İvan Sarayev və Vladislav Selovalnikov, həmçinin Birinci liqa referiləri Yuri Karpov, Maksim Peryezva, German Kovalenko, Kirill Silantyev və Oleq Sokolov barəsində Cinayət Məcəlləsinin 184-cü maddəsinin 4-cü hissəsi (rəsmi idman yarışının nəticəsinə qanunsuz təsir göstərmə) üzrə ittiham irəli sürülüb. İş üzrə fiqurantlardan biri də Birinci liqanın sabiq hakimi İqor Zaxarovdur. Təqsirləri sübuta yetirilərsə, onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

“RBK”nın yazdığına görə, Rusiya Futbol İttifaqı 2025/26 mövsümü üçün Premyer Liqa və Birinci liqa hakimlərinin siyahısına düzəliş edəcək və istintaq altında olan bu referiləri siyahıdan çıxaracaq.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR