son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

“Bekhem mənim üçün bir tanrı kimidir”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 26-02-2026, 15:52

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays ötən mövsüm UEFA Çempionlar Liqasında “Real”a qarşı yaddaqalan çıxışından sonra Devid Bekhemdən mesaj aldığını açıqlayıb.


Sport1.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin futbolçusu “Emireyts” stadionunda keçirilən görüşdə iki cərimə zərbəsi qolu vuraraq komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi olmuşdu. Həmin nəticə “topçular” üçün mərhələ baxımından həlledici olmuşdu.


Rays bildirib ki, oyundan sonra İngiltərə futbolunun əfsanələrindən biri olan Devid Bekhem onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb:


“Bekhem mənə “Instagram”da yazdı. Bu, inanılmaz idi. O, cərimə zərbələri üzrə tarixin ən böyük ustalarından biridir. Belə bir oyunçudan mesaj almaq xüsusi hissdir”.


Yarımmüdafiəçi əlavə edib ki, standart vəziyyətlər zamanı əsasən instinktinə güvənir:


“Topun arxasına keçəndə hər şey hissiyyatla bağlıdır. Zərbənin istiqamətini və sürətini düzgün seçməlisən. Bu, bizim güclü tərəfimizdir və komandaya kömək edir”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR