son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Koxalskidən Eddi Hauya mesaj

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 26-02-2026, 15:11

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyunlardan sonra İngiltərədə çıxış etmək istədiyini gizlətməyib.


Sport1.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı polşalı qolkiper Premyer Liqa və ya Çempionşipdə oynamağın onun üçün əsas hədəflərdən biri olduğunu bildirib.


Koxalski İngiltərəyə mümkün keçidi ilə bağlı açıqlamasında arzusunu belə ifadə edib:


“Bu, mənim ən böyük arzumdur. Ümid edirəm ki, həmin matçları yalnız azarkeşlər yox, skautlar da izləyiblər. Haqqımda müsbət fikir formalaşıbsa, gələcəkdə bunun real təklifə çevrilməsini istərdim”.


Qolkiper iki oyunda buraxdığı qolların onu qane etmədiyini də vurğulayıb:


“Həmişə komandama maksimum kömək etməyə çalışıram. Bu iki qarşılaşmada 9 qol buraxmışıq və təbii ki, bundan razı qala bilmərəm. Altı qol buraxdığın oyunu uğurlu saymaq mümkün deyil”.


Xatırladaq ki, Ağdam təmsilçisi Bakıda 1:6, səfərdə isə 2:3 hesabı ilə məğlub olub. Bununla belə, Koxalski hər iki matçda bir sıra çətin zərbələrin qarşısını alaraq diqqət çəkib. O, hazırda Çempionlar Liqasının bu mövsümündə ən çox qurtarış edən üçüncü qapıçıdır – hesabında 45 seyv var.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR