son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

“Qarabağ”ın ÇL-də diqqətçəkən statistikası

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 26-02-2026, 10:57

UEFA Çempionlar Liqasının Liqa və pley-off mərhələsinin yekununa əsasən, “Qarabağ” və onun bəzi oyunçularının göstəriciləri diqqət çəkib.

Sport1.az -ın UEFA-nın statistik hesabatına istinadən yaydığı xəbərə görə, ən çox cərimə zərbəsi yerinə yetirən komanda “Qarabağ” olub - 148 dəfə. Bu sıralamada “İnter” ikinci (145), “Benfika” üçüncüdü (144).

Kamilo Duran

Ağdam klubunun kolumbiyalı hücumçusu Kamio Duran bombardirlər siyahısındadır. O, 5 qolla daha 8 futbolçu ilə birgə 8-16-cı yerləri bolüşdürür.

“Qarabağ”dan ən çox kim ötürmə edib?

Azərbaycan çempionunun 4 oyunçusu ən çox ötürmə edən 100 futbolçu sırasına düşüb. Bu göstəricidə “Qarabağ”da lider mərkəz müdafiəçisi Kevin Medinadır - 10 oyuna 499 ötürmə (35-ci yer). Marko Yankoviç 456 ötürmə ilə 51-ci, Abdullah Zubir 420 ötürmə ilə 66-cı, Pedro Bikalyo 387 ötürmə ilə 87-ci yeri tutur.

Kevin Medina topu komandasına qaytarmada da fərqlənib: 74 dəfə (2-ci yer). Kolumbiyalı topu topu uzaqlaşdırmada isə 5-ci yerdədir - 55 dəfə.

Mateuş Koxalski

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski isə 45 qurtarışla 3-cü yerdə qərarlaşıb.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR