son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Osimhen qol vurduqdan sonra niyə sevinməyib?

Bölmə adı Türkiyə
Yayımlandı 26-02-2026, 10:15

Türkiyənin Qalatasaray klubunun hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus"la keçirilən iki oyunun yekununa əsasən 1/8 finala yüksəlmələrini şərh edib.


Sport1.az  xəbər verir ki, nigeriyalı forvard matçdan sonra UEFA-nın rəsmi saytına açıqlamasında Turində onları çətin atmosferin gözlədiyini əvvəlcədən bildiyini deyib:


“Bilirdim ki, bu axşam hər şey məhz belə olacaq. Bu komandanı və bu stadiondakı atmosferi tanıyıram. Azarkeşlərin həyatımızı kabusa çevirəcəyini bilirdim. Amma bizim azarkeşlərimizə də təşəkkür edirəm. Onların səsini eşidirdik və məyus qayıtmalarını istəmirdik. Bunu etməli idik. Açığı, hələ üzərində işləməli olduğumuz çox məqam var”.


Osimhen matçın əlavə vaxtında vurduğu həlledici qoldan sonra sevinməməsinin səbəbini də izah edib: "Qoldan sonra sevinmədim. Buna ehtiyac yox idi. Səbəbini izah edim. Birincisi, sevdiyim və karyeramda mühüm rol oynamış Luçano Spallettiyə ("Yuventus"un baş məşqçisi) hörmət edirəm. İkincisi isə 10 nəfərlə qalmış rəqibimizə qarşı pis oynadıq. Mən hisslərini gizlədən futbolçu deyiləm. Bu gün "Yuventus" azarkeşləri komandalarını alqışladılar, çünki daha yaxşı oynadılar. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün əlbəttə ki, çox xoşbəxtəm”.

Qeyd edək ki, ilk oyunda “Qalatasaray” rəqibini 5:2 hesabı ilə məğlub edib. Cavab görüşündə isə Turin təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Maraqlıdır ki, “Yuventus” iki qolu azlıqda vurub. Buna baxmayaraq, iki oyunun cəminə görə mərhələ adlayan tərəf İstanbul klubu olub.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR