son dəqiqə SON DƏQİQƏ

“Neftçi”dən qələbə

Bölmə adı Voleybol
Yayımlandı 25-02-2026, 20:22

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start verilib.


Sport1.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.


Abşeron Olimpiya İdman Kompleksində üz-üzə gələn “Gənclər” və “Ordu” komandalarının duelində ikincilər 3:0 hesablı qələbəyə sevinib. Fövqəladə Hallar Nazirliyinin idman zalında isə “Neftçi” “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.


15-ci tura fevralın 28-də yekun vurulacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR