son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

"Qarabağ" ÇL-dən nə qədər gəlir əldə etdi? – Nazir AÇIQLADI

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 24-02-2026, 22:46

“Qarabağ” futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.


Sport1.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün sosial şəbəkə hesabında yazıb:


"Bu gün “Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqasında, yəqin ki, sonuncu oyununa çıxır. Komandanın Bakıda keçirilən ev oyunlarında ölkəmizə 8500-ə yaxın xarici azarkeş səfər edib. Klub UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib. UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaq. Bununla da “Qarabağ” ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfəsini verdi.


Bizə yaşatdığınız unudulmaz futbol bayramına görə təşəkkür edir, yeni uğurlar arzulayırıq!"

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR