son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Meksika prezidenti: “DÇ-2026 üçün bütün təminatlar var”

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 24-02-2026, 22:19

Meksika prezidenti Klaudiya Şeynbaum 2026-cı il dünya çempionatı ərəfəsində ölkədə təhlükəsizliklə bağlı təminat verib.


Sport1.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, dövlət başçısı ölkənin mundial oyunlarını qəbul etmək üçün bütün zəruri şəraiti yaratdığını bildirib. O, turnir zamanı azarkeşlər üçün heç bir risk görmədiyini vurğulayıb və təhlükəsizlik məsələlərinin tam nəzarətdə olacağını qeyd edib.


Xatırladaq ki, bazar günü Meksika Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı ölkənin ən iri narkokartellərindən biri olan “Yeni Nəsil Xalisko” (CJNG) qruplaşmasının lideri Nemesio Oseqera (El Menço) zərərsizləşdirilib. Bundan sonra bir neçə şəhərdə iğtişaşlar qeydə alınıb.


Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Meksikada oyunlar Mexiko, Monterrey və Qvadalaxara şəhərlərində baş tutacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR