son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Əlilliyi olan şəxslərin idmana cəlbi üçün birgə addım

Bölmə adı Digər
Yayımlandı 24-02-2026, 16:05

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Taekvondo Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Sport1.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi (MPK) məlumat yayıb.


Bildirilib ki, hər iki qurum parataekvondonun inkişafı istiqamətində əməkdaşlığı genişləndirir. Memorandumla bağlı hər iki qurumun rəsmiləri arasında görüş keçirilib.


Görüş zamanı parataekvondo üzrə əldə olunan uğurların davam etdirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib. Memoranduma əsasən, tərəflər ölkədə parataekvondonun inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb olunması, kütləviliyin artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.


Qeyd edək ki, Memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Aygül Abdullayeva imzalayıblar.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR