son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Bölmə adı Döyüş
Yayımlandı 24-02-2026, 15:31

Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Stranca” beynəlxalq turnirinə qələbə ilə başlayıb.


Sport1.az xəbər verir ki, Bilalhəbaşi Nəzərov (50 kq) 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib.


Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.


Məhəmmədəli Aşırəliyev (60 kq) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də keçiriləcək.


Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.

Müəllif: Zafar Hajili