son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Flik futbolçuların cibinə “göz dikib”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 24-02-2026, 14:30

“Barselona”nın baş məşqçisi Hansi Flik komanda daxilində nizam-intizam qaydalarına yenidən baxıb. Almaniyalı mütəxəssis artıq gecikən futbolçuları cəza olaraq əsas heyətdən kənarlaşdırmır, lakin onları ciddi maliyyə sanksiyaları gözləyir.

Sport1.az  xəbər verir ki, futbolçuların İspan mediasına açıqlamasına görə, cərimələrin məbləği on minlərlə avroya çatır. Ferran Torresin sözlərinə görə, məşqə cəmi 10 dəqiqə gecikmənin cəriməsi 40 min avro (80 min AZN) təşkil edir. Pedri isə bildirib ki, Flik hətta üç saniyəlik gecikməni belə bağışlamır və dərhal cərimə tətbiq edir.

Buna baxmayaraq, məşqçi futbolçuların asudə vaxtlarına və əyləncələrinə qarşı daha mülayim yanaşır. Belə ki, Flik oyunçuların paltardəyişmə otağında “TikTok” üçün videolar çəkməsinə və müxtəlif zarafatlarına mane olmur. Onun üçün əsas şərt iş qrafikinə və meydandakı tapşırıqlara tam peşəkar yanaşmanın göstərilməsidir.

Xatırladaq ki, Flik vəzifəsinin icrasına başladığı ilk vaxtlarda Jul Kunde kimi ulduzları iclasa gecikdikləri üçün birbaşa ehtiyat oyunçular skamyasına göndərməklə yadda qalmışdı. İndi isə o, oyunçuları meydandan kənarlaşdırmaq əvəzinə, onların “ciblərini hədəfə almağa” üstünlük verir.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR