son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

"Benfika" UEFA-nın qərarına görə bəyanat yaydı

Bölmə adı Digər Liqalar
Yayımlandı 24-02-2026, 10:31

Portuqaliyanın “Benfika” klubu UEFA-nın Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverde ilə bağlı qərarından narazı qalıb.


Sport1.az  xəbər verir ki, Çempionlar Liqasının ilk pley-off matçında “Real”ın futbolçusu Federiko Valverde “Benfika”nın müdafiəçisi Samuel Dahla zərbə endirib. Nəticədə futbolçu gicgah nahiyəsindən tutaraq meydançaya yıxılıb. Oyunun baş hakimi Fransua Leteksye epizodda qayda pozuntusu qeydə almayıb və Valverdeni cəzalandırmayıb.


Bundan sonra “Benfika” məsələ ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb və futbolçunun qırmızı vərəqə almalı olduğunu bildirib. Lakin qurum müraciəti rədd edib və insidentin əlavə araşdırmaya çıxarılmayacağını açıqlayıb.


Lissabon təmsilçisi isə buna etiraz edərək bəyanat yayıb. Bəyanatda qeyd olunub: “Benfika" Samuel Dala qarşı hücumu təsdiqləyən foto sübutlara baxmayaraq, UEFA-nın heç bir intizam tədbiri görməməsi ilə bağlı təəssüf hissi keçirir. Şübhə yoxdur ki, bu epizod qırmızı vərəqəyə layiq idi. Lakin şikayətimiz rədd edildiyi üçün əlavə sanksiyalar tətbiq olunmayacaq”.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR