son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Mahir qayıdır

Bölmə adı Almaniya
Yayımlandı 22-02-2026, 15:47

Almaniya II Bundesliqasında çıxış edən “Kayzerslautern” bu gün növbəti oyununa çıxacaq.


Sport1.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli uzun fasilədən sonra komandanın oyun ərizəsinə daxil edilib. 28 yaşlı futbolçu “Proyssen Münster”lə keçiriləcək qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayacaq.


Emreli ötən ilin noyabrında aldığı zədədən sonra yaşıl meydanlardan uzaq qalmışdı. O, son olaraq 2025-ci il noyabrın 8-də “Herta”ya qarşı matçda forma geyinmişdi.


Qeyd edək ki, II Bundesliqanın 23-cü turu çərçivəsində keçiriləcək “Proyssen Münster” – “Kayzerslautern” görüşü Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Bu mövsüm Almaniya təmsilçisinin heyətində 5 oyuna çıxan Mahir 1 qol vurub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR