son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

PSJ və Mbappe arasındakı qalmaqalda yeni irəliləyiş

Bölmə adı Fransa
Yayımlandı 25-02-2026, 11:53

PSJ sabiq futbolçusu, hazırda "Real"ın formasını geyinən Kilian Mbappeyə məhkəmə qərarı ilə ödənilməli olan 6 milyon avronun bir hissəsini ödəyib.


Sport1.az xəbər verir ki, bu haqda "L`Equipe" məlumat yayıb.


Paris təmsilçisi 27 yaşlı hücumçuya 4 milyon avro ödəyib. Daha əvvəl PSJ-yə məhkəmə icraçıları baş çəkmişdi. Bundan sonra klub rəhbərliyi Mbappenin hesabına pul köçürüb.


Xatırladaq ki, daha əvvəl əmək məhkəməsi PSJ- nin keçmiş oyunçusuna maaş və bonus borcları da daxil olmaqla 60,9 milyon avro ödəməsini tələb etmişdi. PSJ isə artıq əsas ödənişi daha əvvəl edib.


Lakin münaqişə bununla bitməyib. Mbappe klubdan əlavə məbləğ də istəyib. PSJ iddia edir ki, Fransa millisinin oyunçusuna tam ödəniş edib və məbləğdəki fərqi onun maaşından sosial ödənişlərlə izah edib. Lakin oyunçunun tərəfi bununla razı olmayıb.


Xatırladaq ki, PSJ ilə Mbappe arasında münaqişə futbolçunun 2024-cü ilin yayında azad agent kimi "Real"a keçməsindən sonra alovlanmışdı.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR