son dəqiqə SON DƏQİQƏ
Avropa Kuboku: "Kür" komandası bu gün mübarizəyə start verir ● Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● "Araz-Naxçıvan" "Qəbələ" ilə üz-üzə, "Zirə" evdə "Sumqayıt"la qarşılaşır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ●

Şamaxı olmasa, AFFA və PFL nə edər? - YAZI

Bölmə adı Azərbaycan / Manşet / Yazı
Yayımlandı 8-02-2026, 13:56

I Liqada 10 komandanın mübarizə apardığı çempionatda 13-cü turun təqvimi diqqətçəkən mənzərə ortaya qoydu.


Həftə ərzində keçirilən 5 oyunun 3-ü eyni məkanda — Şamaxı OİK-də baş tutdu. Bu fakt liqanın təşkilati prinsipləri və peşəkar statusu ilə bağlı ciddi suallar doğurur.


Sözügedən arenada keçirilən oyunlar bunlar olub:


– "Cəbrayıl" – "Ordu" (2:2)
– "Şahdağ Qusar" – "Difai" (4:0)
– "Şimal" – "Mingəçevir" (0:3)


Normal şəraitdə hər klub öz stadionunda oynamaq hüququna və imkanına sahib olmalıdır. “Ev oyunu” anlayışı yalnız təqvimdə yazılan məkanla yox, azarkeş dəstəyi, tanış mühit və yerli futbol atmosferi ilə ölçülür. Şamaxı OİK-də isə bir komandanın matçı bitir, 24 saat keçməmiş digərinin “ev oyunu” başlayır. Bu isə ev-səfər balansını formal hala salır.


Məsələnin digər tərəfi infrastruktur problemidir. I Liqada çıxış edən klubların əksəriyyəti öz meydanlarını təqdim edə bilmirsə, bu, ayrı-ayrı kollektivlərin yox, ümumi futbol idarəçiliyinin problemidir. Bu cür yanaşma həm idman ədalətinə, həm də liqanın imicinə zərər vurur.


I Liqa doğrudan da peşəkar çempionatdırmı, yoxsa hələ də keçid mərhələsində olan turnirdir? Stadion problemi müvəqqətidirsə, bununla bağlı ictimaiyyətə aydın yol xəritəsi təqdim olunmalıdır.


Çünki peşəkar futbolun əsası sadədir: hər komandanın öz meydanı, azarkeşi və ev oyunu olmalıdır. Əks halda, eyni stadionda növbəli şəkildə keçirilən “ev oyunları” liqanın inkişafına deyil, sualların artmasına xidmət edir.


NİHAT KƏRİMLİ

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR