
“Sumqayıt”ın bir futbolçusu Misli Premyer Liqasının XIX turunda “Zirə”yə qarşı keçiriləcək görüşü buraxacaq.
Sport1.az xəbər verir ki, “kimyaçılar”ın sol cinah müdafiəçisi Alvim Keffel sarı vərəqə limitini doldurduğu üçün İcraiyyə Komitəsinin qərarı ilə bir oyunluq cəzalanıb. Bu səbəbdən o, sabah baş tutacaq matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Sumqayıt” – “Zirə” qarşılaşması saat 18:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.