
Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sport1.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşibb.
Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.
Paris Böyük Dəbilqəsinin təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 11:00-dan JudoTV-dən, final blokunu isə 20:00-dan etibarən “CBC Sport” telekanalından canlı olaraq izləyə bilərsiniz.
Kişilər
-60 kq, 1/16 final
Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə
-66 kq, 1/16 final
Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə
Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə
-81 kq, 1/16 final
Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə
Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə
-100 kq, 1/16 final
Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)
+100 kq, 1/16 final
Uşanqi Kokauri – Marvin Belz (Almaniya)
Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)