son dəqiqə SON DƏQİQƏ
"Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi "Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk" "Sumqayıt"ın daha bir legioneri millinin düşərgəsinə çağırılıb

Avropa Çempionatı üçün heyət

Bölmə adı Cüdo
Yayımlandı 3-04-2025, 12:28

Cüdo üzrə Azərbaycan milli komandasının aprelin 23–27-də Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa Çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından Sport1.az-a verilən məlumata görə, turnirdə ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 16 cüdoçu (9 kişi, 7 qadın) fərdi yarışlarda təmsil edəcək.

Cüdoçularımız Avropa Çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcəklər. Həmçinin, Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev Paris Olimpiadasından sonra ilk dəfə tatami üzərinə çıxacaqlar.

Milli komandanın üzvləri performans direktor və böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.

Beləliklə, Avropa Çempionatında kişilərin mübarizəsində Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Zelim Kotsoyev (100 kiloqram), Uşanqi Kokauri (+100 kiloqram), qadınların yarışında isə Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kiloqram) və Nigar Süleymanova (78 kiloqram) qüvvəsini sınayacaq.

Kişi cüdoçulardan ibarət yığmamızın heyətində 90 kiloqram çəki dərəcəsində iştirakçı Dubrovnikdə keçiriləcək Avropa Kubokundan sonra müəyyənləşəcək. Vüsal Qələndərzadə (73 kiloqram) isə qarışıq komanda yarışlarında heyətə qoşulacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR