
I Liqada qış fasiləsi başa çatıb.
Sport1.az xəbər verir ki, 13-cü turun davam edən “Şahdağ Qusar” - “Difai” oyununda ev sahibləri fasiləyə 1:0 üstün yolanıblar.
Qusarlıların qış fasiləsində heyətinə qatdığı anqolalı hücumçu Aqostinyo Çipesse 13-cü dəqiqədə fərqlənərək yeni komandasında ilk qolunu vurub.
Qeyd edək ki, o, karyerası ərzində Portuqaliyanın "Jil Visente", "Vilaverdense", "Vilanovenses" və Finlandiyanın "Kokkolan" klubunda oynayıb. Futbolçu ilə "5 ay+1" illik müqavilə imzalanıb.