son dəqiqə SON DƏQİQƏ

Afrikalı futbolçu bölgə təmsilçisində

Bölmə adı I Liqa
Yayımlandı 3-02-2026, 17:15

"Şahdağ Qusar" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.


Sport1.az xəbər verir ki, I Liqa təmsilçisi Aqostinyo Çipesse ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


22 yaşlı anqolalı futbolçu ilə 5 ay+1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, Aqostinyo Çipesse son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edib. O karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR