son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Rossi Azərbaycan Kuboku ilə bağlı hədəfi var - AÇIQLAMA

Bölmə adı Kubok / Manşet
Yayımlandı 6-02-2026, 12:48

“Şamaxı” Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdi.


“Münəccimlər”in heyətində dubl edən Kərim Rossi görüşdən sonra Sport1.az-a açıqlama verdi. Hücumçu ilk qarşılaşmanın komanda üçün uğurlu keçdiyini bildirdi:


“İlk oyun idi. Bizim üçün yaxşı alındı. Taktiki baxımdan düzgün oynadıq və nəticədən razıyıq. Bilirik ki, “Qarabağ” böyük klubdur. Bu nəticə bizim üçün önəmlidir”.

Forvard rəqibin heyət seçimindən də danışdı:


“Bu oyunda bir qədər fərqli oyunçularla çıxış etdilər. Çempionlar Liqasında az oynayanlara şans verdilər. Bu müəyyən mənada bizim xeyrimizə oldu”.


Rossi vurduğu qolların əhəmiyyətinə də toxundu:


“Bu, kubok oyunudur və vurulan qollar burada hesablanır. Təbii ki, məqsədim ən çox fərqlənənlərdən biri olmaqdır. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Əvvəlki oyunlarda start heyətində meydana çıxmamışdım və kubokda qolum yox idi. Bu matçda əsas heyətdə oynadım və iki qol vurdum. Cavab görüşündə də yaxşı oyun göstərib, mümkün qədər irəliləməyə çalışacağıq”.

 

Qeyd edək ki, Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-də keçiriləcək.


NİHAT KƏRİMLİ

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR