son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Kadi: "Bu, İngiltərə, Braziliyada da belədir”

Bölmə adı Kubok
Yayımlandı 5-02-2026, 18:23

“Qarabağ” Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzdu.


Ağdam təmsilçisinin aparıcı futbolçularından Kadi Borges qarşılaşmadan sonra Sport1.az-a açıqlama verdi.


Braziliyalı yarımmüdafiəçi görüşün çətin şəraitdə keçdiyini qeyd etdi:



“Meydançanın vəziyyəti yaxşı deyildi, hava çox soyuq idi və sıx duman səbəbindən görmək çətinləşirdi. Amma bunları bəhanə kimi istifadə edə bilmərik. Düşünürəm ki, bacardığımızın cəmi 20 faizini göstərdik. Futbolda belə hallar olur, lakin indi növbəti oyunlar haqqında düşünməliyik. Bu cür performans ikinci dəfə təkrarlanmamalıdır. Bu şərait yalnız bizə yox, “Şamaxı”ya da təsir edirdi. Açıq şəkildə deməliyik ki, pis oynadıq. Bunu qəbul etməliyik və səhvlərimizi düzəltməliyik”.

 

Futbolçu komandanın sıx oyun qrafiki ilə bağlı səslənən fikirlərə də münasibət bildirdi:


“Bu, təkcə bizdə deyil. Braziliyada, İngiltərə Premyer Liqasında və digər liqalarda da sıx qrafik olur. Hazırlıq prosesi düzgün qurularsa, problem yaratmamalıdır. Bu dövrdə bərpa çox vacibdir”.


“Köhlən atlar”ın ulduzu son günlərdə gündəm olan "Neftçi" ilə derbi matçı haqqında da danışdı:


“Oyun təxirə salınsa da, salınmasa da, meydana çıxıb oynamalıyıq. Bu derbidir və derbilər hər zaman xüsusi əhəmiyyət daşıyır”.

 

NİHAT KƏRİMLİ

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR