son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Rəqib nə qədər güclü olsa da..." – Ayxan Abbasov

Bölmə adı Kubok
Yayımlandı 5-02-2026, 17:26

"Şamaxı" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


- Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. "Qarabağ" kimi rəqiblə iki oyunda mübarizə aparmaq nə qədər çətin olsa da, amma futbolçumuz, komandamız və gələcəyimiz üçün yaxşı güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. "Qarabağ" sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Amma futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı etdilər. Çünki sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən "Qarabağ"la oynayacağıq. Yaxşı bərpa keçib, ona hazır olacağıq".


- "Şamaxı"nın yəqin ki, hədəfi Premyer Liqada qalmaqdır. Kubokda "Qarabağ"a qarşı əsas heyətlə oynadız. Bu, fiziki gücün zəifləməsinə gətirib çıxara bilər?


- Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. "Qarabağ" kimi komandalarla oyunda hər şey görünür. Bu tip rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üstə yüksəlmək istəyirik.


- Komandanın kubokda hansısa bəlli hədəfi var?


- Bu gün həyat mübarizədir. Hamı istəyir ki, hansı sahədə olursa-olsun imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə də istəməyək? Amma "Qarabağ"la qarşılaşırıq, bundan sonra kimlərlə qarşılaşa biləcəyimiz də bəllidir. Futboldur da. Mübarizə aparacağıq. Bu gün oyundan qabaq təslim olaq, filan, belə şey yoxdur. Rəqib nə qədər güclü olsa da, hamı mübarizə aparır.


- "Sumqayıt"ın baş məşqçisi olduğunuz dövrdə "Qarabağ"ı kubokda keçə bilmişdiz. Bu gün də qələbə qazandınız. Cavab görüşündə şanslarınız nə qədərdir?


- Yenə də favorit "Qarabağ"dır.


- Dumanlı hava şəraitində taktika hansısa mənada işə yarayır? 


- Ona görə dedim ki, ilk hissədə daha yaxşı bağlandıq. 60-cı dəqiqədən sonra digər cinahı görməyə çətinlik çəkirdik. Ola bilər ki, tribunadan baxanlar çətinlik çəkirdi. Amma biz tərəfdən görünürdü. 


- Növbəti həftədə də "Qarabağ"la oynayırsız. Eyni hava şəraiti olsa, siz və ya "Qarabağ" matçın təxirə salınmasıüçün müraciət etmək istəyərsiz?


- Burada bundan da çətin hava şəraiti olub. "Səbail"lə görüşdən əvvəl Şamaxıda stadionun meydançası qar idi, təxirə salınmadı matç. Həmin vaxtı deyildi ki, qaydalara görə, bu gün oynamasaz, sabah oynamalısız. Vəziyyət lap da pis olsa, onsuz da bizdən asılı olmayacaq, təxirə düşəcək. Amma hava durumu daha yaxşıya doğru getməlidir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR