son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Biz heç nəyi fəda etmək niyyətində deyilik" – Valdas Dambrauskas

Bölmə adı Kubok
Yayımlandı 4-02-2026, 23:14

Bu gün Bizon Azərbaycan kubokunda 1/4 final mərhələsi çərçivəsində "Sabah" doğma meydanda "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:


"Çox çətin bir oyun oldu. Rəqibi təbrik etmək istəyirəm. Çox gözəl oyun planları var idi. Biz bu gün ortalamadan aşağı çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Ancaq cavab matçı var. Həmin oyunda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik".


- Komanda noyabrdan etibarən hər oyunda ən azı 2 qol vururdu. Bu matçda qolun olmamağını komandanın kuboka daha az köklənməyi kimi dəyərləndirə bilərik?


- Biz hər oyunda qalib gəlmək istəyirik. Bugünkü matçda komanda oyununda çox zəif çıxış etdik. İstədiyimiz pressinq, hücum planları yox idi. Onu da nəzərə almaq lazımdır ki, hər oyunda qalib gəlmək asan deyil.Bu gün "Qəbələ" bizi çox yaxşı təhlil etmişdi. Biz sabahdan etibarən səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik. 


- Bu gün heyəti seçərkən az öncə sadaladığınız çətinliklərlə qarşılaşacağınızı düşünürdünüzmü?


- Bu gün meydana çıxdığımız start heyəti zəif adlandıra bilmərik. Stefan Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. İlk 11-likdə hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdü. 


- "Sabah"ın hazırkı heyətinin hər iki turnirdə sona qədər mübarizə aparmaq səviyyədə görünmür. Mövsümün gedişatında komandanın kuboku Premyer Liqaya fəda edəcəyini görmək olarmı?


- Bizim üçün gələcəkdə nələr baş verəcək, bunu bilmirik. Mənim üçün növbəti matç prioritetdir. Biz heç nəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxıb əlimizdən gələni edəcəyik. Bunun üçün də lazımi heyətin olduğunu düşünürəm.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR