son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Bu fikri komandaya qarşı hörmətsizlik kimi də dəyərləndirirəm" – Kaxabar Tsxadadze

Bölmə adı Kubok
Yayımlandı 4-02-2026, 22:27

Bu gün Bizon Azərbaycan kubokunda 1/4 final mərhələsi çərçivəsində "Sabah" doğma meydanda "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxabar Tsxadadze jurnalistlərin suallarını cavablandırıb:


"Yaxşı bir oyun oldu. Azarkeşlərin zövq aldığını düşünürəm. Çempionatın liderinə qarşı futbolçularımın yaxşı oynadığını, tapşırıqları yerinə yetirdiklərini düşünürəm. Müdafiədə yaxşı oynadıq. Təəssüf ki, penaltini yerinə yetirə bilmədik. Biz göstərdik ki, güclü rəqiblərə qarşı da oynaya bilirik".


- Qış fasiləsindən sonra ardıcıl 3 oyundur ki, məğlub olmursunuz. Artıq yaxşı oyunu nəticəyə də yansıda bilirsiniz. Bunu nə ilə əlaqələndirərdiniz?


- İlk növbədə onu qeyd edim ki, bizdə transferlər oldu. Heyəti gücləndirdik. Öz səhvlərimiz üzərində çox işlədik. Daha əvvəl müdafiədə çox səhvlər edirdik. Oyundan öncə belə bir fikir var idi ki, "Qəbələ"nin qapısına "Sabah" bu gün 3 qol vuracaq. Bu fikri mən komandaya qarşı hörmətsizlik kimi də dəyərləndirirəm. Hamıya göstərdik ki, biz hamıya qarşı oynaya bilərik. Ən vacib tərəflərdən biri də bundan sonra futbolçularda arxayınlıq yaranmamasıdır. Balansı qorumaq lazımdır. Rza Cəfərov da ilk matçına çıxdı. Ona inanırıq. Daha bir transferimiz də olacaq. Biz daha öncə bildirmişdik ki, 5 transferimiz olacaq. 


- Nəzərə alsaq ki, "Qəbələ"nin əsas hədəflərindən biri bu mövsüm Premyer Liqanı tərk etməməkdir. Kubok matçında əsas heyətlə meydana çıxmaq çempionatdakı vəziyyətə təsir edə bilərmi?


- Sizinlə razıyam. Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Bunu bacaracağıq, ya yox, bilmirəm. "Neftçi" ilə matça kifayət qədər vaxtımız var. Düşünürəm ki, yeni transferlərimiz də komandaya tam uyğunlaşandan sonra rotasiyaya getmək olar. 

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR