son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Daha çox dominant tərəf biz idik" – Rəşad Sadıqov

Bölmə adı Kubok
Yayımlandı 4-02-2026, 19:30

"Zirə" Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idik. Yaxşı hücumlarımız, qol epizodlarımız var idi. Təəssüflər olsun ki, sadəcə fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq. Xeyirlisi olsun. Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq".


- "Zirə" noyabrdan bu yana qələbə qazana bilmir. Bu məqam sizin üçün təzyiq yaradır?


- Xeyr. Bu haqda düşünmürük. Bizim üçün vacib olan oyundan sonra səhvlərimizi analiz edib, o yöndə hansı addımlar lazımdırsa, onu ataq və növbəti matçlarda da daha yaxşı olaq. Bu gün də qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR