
II Liqa təmsilçisi “Araz Saatlı” heyətini iki futbolçu ilə gücləndirib.
Sport1.az-a daxil olan məlumata görə, Saatlı klubu daha əvvəl komandada çıxış etmiş Xəyal Bədirov və Elariz Xəlillini yenidən sıralarına qatıb.
Müdafiəyönümlü yarımmüdafiəçi Xəyal Bədirov son olaraq “Şimal”da çıxış edib. Hücum xəttində oynayan Elariz Xəlilli isə “Şirvan”ın formasını geyinib. Hər iki futbolçu karyeralarında daha əvvəl də “Araz Saatlı”nın şərəfini qoruyub.
Klubun yaxın günlərdə bu keçidləri rəsmi şəkildə açıqlaması gözlənilir.