
“Mingəçevir” heyətini gücləndirməkdə davam edir.
Sport1.az xəbər verir ki, I Liqa təmsilçisinin mətbuat xidməti qapıçı Əmrah Məmmədli ilə mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.
24 yaşlı qolkiper karyerası ərzində “Şimal”, “Cəbrayıl”, “Araz-Saatlı”, “MOİK”, “Mingəçevir” və “Qəbələ” kimi klubların formasını geyinib.
Qeyd edək ki, Əmrah Məmmədli daha əvvəl də “Mingəçevir”in heyətində çıxış edib.