son dəqiqə SON DƏQİQƏ
Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ●

Azərbaycanlı hakim mühüm təyinat aldı

Bölmə adı Voleybol
Yayımlandı 28-01-2026, 14:31

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çelenc Kubokunun oyununa təyinat alıb.


Sport1.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Macarıstanda keçiriləcək qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsinin “Kapoşvari” (Macarıstan) – “Nova Qoritsa” (Sloveniya) qarşılaşmasında ikinci hakim olacaq.


Matçın baş hakimi funksiyasını isə türkiyəli Cevril Ebru Kaya yerinə yetirəcək.


CEV Hakimlər Komitəsi bu il “CEV Mentoring Program 2026” layihəsinə start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur.


Layihə çərçivəsində yeni hakimlər yarışlarda birinci hakim olaraq təyinat alırlar. Təcrübəli referilər isə oyunda ikinci hakim olurlar və matçdan sonra yeni hakimlərin işini qiymətləndirirlər.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR