
Azərbaycan I Liqasının iddialı klublarından olan “Şəfa” heyətini Kosovo klubundan ayrılan Elmir Tağıyevlə gücləndirib.
Sport1.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 5 ay + 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu Kosovo təmsilçisi “Drenitsa” olub.