
UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olacaq Almaniyanın “Ayntraxt” klubu heyətində dəyişiklik edib.
Sport1.az xəbər verir ki, Bundesliqa təmsilçisi futbolçusu Noah Fenyöyü mövsümün sonunadək Macarıstanın “Uypeşt” klubuna icarəyə göndərib. Frankfurt təmsilçisinin rəsmi məlumatında bildirilir ki, razılaşmada oyunçunun sonradan birdəfəlik transferi üçün satınalma bəndi də yer alıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüşün start fiti saat 21:45-ə planlaşdırılıb.