
Mövsümün ikinci yarısına hazırlaşan ciddi hazırlaşan “Mingəçevir” heyətini gücləndirib.
Sport1.az-a daxil olan məlumata görə, I Liqa təmsilçisi yarımmüdafiəçi Ədilxan Qarəhmədovu heyətinə qatıb. Futbolçu “Şəfa"dan ayrılaraq “işıqçılar”a keçib. Müqavilənin detalları barədə məlumat yoxdur.
Qeyd edək ki, 24 yaşlı oyunçu karyerası ərzində “Kəpəz”, “Şahdağ Qusar ”, “İrəvan” və “Səbail” klublarında da çıxış edib.