“Mingəçevir” daha bir futbolçusunu geri qaytardı – ÖZƏL

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 15-01-2026, 14:29

“Mingəçevir” sabiq qapıçısını geri qaytarıb.


Sport1.az-a daxil olan məlumata görə, I Liqa təmsilçisi Əmrah Məmmədli ilə yenidən anlaşıb. 23 yaşlı qolkiper son olaraq “Şimal” klubunda çıxış edib.


Müqavilənin detalları barədə məlumat yoxdur.


Qeyd edək ki, Əmrah Məmmədli “Mingəçevir”dən əlavə, karyerası ərzində “Qəbələ-2”, “Ordu”, “Araz-Saatlı”, “Cəbrayıl” klublarında da çıxış edib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR