
“Liverpul” “Qarabağ”la oyundan əvvəl ciddi itki ilə üzləşib.
Sport1.az xəbər verir ki, İngiltərə klubunun sağ cinah müdafiəçisi Konor Bredli mövsümün qalan hissəsini buraxacaq. Futbolçu Premyer Liqada “Arsenal”la keçirilən matçın son dəqiqələrində zədələnib və yaxın günlərdə əməliyyat olunacaq. Bundan sonra o, bərpa prosesinə başlayacaq.
Klubun rəsmi açıqlamasında Bredlinin nə vaxt meydana qayıdacağı ilə bağlı konkret tarix göstərilməyib. “Sky Sports”un məlumatına görə isə müdafiəçi cari mövsümdə artıq forma geyinməyəcək.
Qeyd edək ki, bu komandalar arasında qarşılaşma yanvarın 29-da “Enfild” stadionunda baş tutacaq.