
İbrahim Əliyev karyerasını I Liqada davam etdirəcək.
Sport1.az-a daxil olan məlumata görə, hücumçu “İmişli” ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. 26 yaşlı futbolçu müqaviləsinə xitam verildikdən sonra I Liqa təmsilçisi “Şəfa”ya keçib.
1999-cu il təvəllüdlü forvard cari mövsümdə “İmişli”nin heyətində Premyer Liqa və Azərbaycan Kubokunda ümumilikdə 11 oyunda meydana çıxıb və 1 qola imza atıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi.