
Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası Lənkəran Olimpiya İdman Kompleksində kiçik gimnastlar üçün ustad dərsi keçirib.
Sport1.az xəbər verir ki, ustad dərsi zamanı milli komandanın üzvləri uşaqlara qrup hərəkətlərinin əsas texniki elementlərini, sinxronluq, ritm və koordinasiya ilə bağlı vacib nüansları izah ediblər.
Məşq prosesi interaktiv formatda təşkil olunub və gənc gimnastlar suallarını birbaşa idmançılara ünvanlamaq imkanı əldə ediblər.