
Endrik “Lion”da forma nömrəsini seçib.
Sport1.az xəbər verir ki, Madrid “Real”ından icarə əsasında Fransa təmsilçisinə qoşulan braziliyalı hücumçu yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək. Bu barədə “Lion”un sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, 9 nömrəli forma “şirlər” tarixində Memfis Depay, Lisandro Lopes və Musa Dembele kimi hücumçular tərəfindən daşınıb.